Üstünlüklərimiz

Bu marşrutun səciyyəvi xüsusiyyəti yüklərin konteyner blok qatarları ilə  Avrasiya regionunun müxtəlif yerlərindən Orta Asiya, Cənubi Qafqaz ölkələri və Anadolu vasitəsilə ən qısa və optimal marşrutla çatdırılmasıdır. Bu isə  yükdaşımaların tranzit vaxtının azalmasına, 28 tona qədər konteyner yükləmək imkanına, optimal qiymətlərə, o cümlədən marşrutun müxtəlif nöqtələrində istənilən vaxt müştərini təmin edə biləcəyimiz öz konteyner parkımızın olmasına gətirib çıxarır.

Bundan əlavə, marşrutun üstünlüyü dövlət dəmir yolu idarələrinin rəsmi ekspeditorları olan operatorlar tərəfindən hərtərəfli xidmətlərin göstərilməsidir ki, bu da daşımanın bütün mərhələlərində yüklərin hərəkətinə nəzarət etməyə imkan verir. Müştəri yükü izləmək, həmçinin yola düşmə stansiyası ilə bağlı əlavə xidmətlər sifariş etmək, yükləmə üçün konteyner tələb etmək, qapıya çatdırmaq və s. İmkanı qazanır.