CASCA+ vahid onlayn mərkəzdən idarə olunan dəmiryolu, fider gəmiləri, avtomobil nəqliyyatının cəlb edilməsi vasitəsilə yükünüzü “qapıdan qapıya” çatdırmaqla intermodal xidmətlər göstərir.
CASCA+ daşımanın bütün mərhələlərində prosesi sürətləndirmək və ümumi xərcləri azaltmaq məqsədilə tərəflərin – yük sahibləri və daşıyıcıların fəaliyyətini əlaqələndirir.
Multimodal daşımalar yük sahibinə çatdırılma zəncirinin hər bir iştirakçısı ilə müqavilə bağlamaq ehtiyacını aradan qaldırır, yükün təyinat məntəqəsinə təhlükəsiz çatdırılmasının həllini təmin etməyə imkan verir.
Layihənin mütəxəssisləri bir neçə nəqliyyat növünü birləşdirərək minimum nəqliyyat xərcləri və xidmətlərin maksimum etibarlılığı daxil olmaqla müştəri üçün optimal yük çatdırılma sxemini seçirlər.