İdarəetmə orqanları

“Asiya Sakit Okean ölkələri-Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Avropa” Beynəlxalq Multimodal Marşrutunun inkişafı üzrə Əlaqələndirmə  Komitəsinin  yaradılması barədə qərar  20 dekabr 2019-cu ildə Azərbaycan, Gürcüstan, Qırğızıstan,Türkmənistan və Özbəkistan dəmir yolları idarələri rəhbərlərinin iştirakı ilə Daşkənddə keçirilən  görüşdə  qəbul edilib.

Görüş iştirakçılarının təşəbbüsü ilə  Marşrutun Əlaqələndirmə Komitəsi yaradılıb.

Komitəyə sədrlik Özbəkistan tərəfinə həvalə edilib.

Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan və əks istiqamətdə tranzit konteyner qatarlarının təşkili aşağıdakı logistika şirkətlərinə  həvalə edilib:

Azərbaycan ərazisi üzrə – “ADY Konteyner” MMC

Gürcüstan ərazisi üzrə   –  “GR Logistics & Terminals”

Qırğızıstan ərazisi üzrə  –   “Kırqız temir jolu”

Türkmənistan ərazisi üzrə  –  “Türkmənistan Nəqliyyat Logistika Mərkəzi”

Özbəkistan ərazisi üzrə  –  “Uzbekjeldorekspedisiya”