Məqsədimiz

Layihənin məqsədi iştirakçı ölkələrin tranzit imkanlarından maksimal dərəcədə istifadə etməklə və qurumlararası əlaqələndirməni gücləndirməklə Çin-Avropa-Çin istiqamətində dəmir yolu ilə intermodal yükdaşımaların həcminin və intensivliyinin artırılmasıdır.

Layihə çərçivəsində Azərbaycanın, Gürcüstanın, Türkmənistanın, Türkiyənin, Qırğızıstanın və Özbəkistanın dövlət dəmir yolları vahid və razılaşdırılmış yük daşıma siyasəti həyata keçirir.