Multimodal nəqliyyat layihəsi olan CASCA+ (Mərkəzi Asiya, Cənubi Qafqaz və Anadolu) Azərbaycan, Gürcüstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistan dövlət dəmir yollarının birgə təşəbbüsüdür.
CASCA+ layihəsi Mərkəzi Asiya, Cənubi Qafqaz ölkələri və Türkiyəni birləşdirir. Layihə Azərbaycan, Gürcüstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanın dövlət dəmir yolları rəhbərlərinin 20 dekabr 2019-cu il tarixində Daşkənddə baş tutan görüşündə yaradılmış “Asiya-Sakit okean regionu ölkələri-Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Avropa” beynəlxalq multimodal marşrutunun keyfiyyətcə yeni formatda davamıdır. Türkiyə sözügedən marşruta 2021-ci ilin dekabrında qoşulub. Hazırda marşrutda altı ölkənin dövlət dəmir yolu şirkəti iştirak edir.
